​Qırğızıstan müdafiə nazirinin müavini saxta sənəd düzəltdiyi üçün həbs olunub

​Qırğızıstan müdafiə nazirinin müavini saxta sənəd düzəltdiyi üçün həbs olunub Hərbi Prokurorluq polkovnikə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti saxtakarlıq maddələri ilə cinayət işi açıb
Region
1714
18 Sentyabr , 2015 15:36
​Qırğızıstan müdafiə nazirinin müavini saxta sənəd düzəltdiyi üçün həbs olunub

Bakı. 18 sentyabr. REPORT.AZ/ Qırğızıstan müdafiə nazirinin müavini Nurkalı Jumabayev həbs olunub.

"Report" Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, nazir müavini saxta sənəd düzəltməkdə şübhəli bilinir. Onu Dövlət Təhlükəsizlik Komitəsinin Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları həbs edib.

Qırğızıstan Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti də faktı təsdiqləyib.

Xəbərdə bildirilib ki, polkovnik Nurkalı Jumabayev sığorta almaq məqsədilə ayağında olan xəsarəti hərbi xidmət zamanı zədələnmə kimi sənədləşdirməkdə şübhəli bilinir.

Ötən il N.Jumabayev Müdafiə Nazirliyinin binasının girişində ayağından zədələnib. Sonra o, sığorta almaq üçün bunu xidmət zamanı aldığı xəsarət kimi sənədləşdirib.

Hərbi Prokurorluq polkovnikə qarşı Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə və xidməti saxtakarlıq maddələri ilə cinayət işi açıb. 

Son xəbərlər

Orphus sistemi