Qırğız Respublikasında təkrar parlament seçkiləri keçiriləcək

Qırğız Respublikasında təkrar parlament seçkiləri keçiriləcək 2020-ci ilin oktyabrında parlament seçkiləri ədalətsiz keçirilib
Region
1 Mart , 2021 17:32
Qırğız Respublikasında təkrar parlament seçkiləri keçiriləcək

Qırğız Respublikasında bu ilin payızında təkrar parlament seçkiləri keçiriləcək.

“Report” xəbər verir ki, Qırğızıstan prezidenti Sadır Japarov “Kazinform”a müsahibəsində bildirib.

Onun sözlərinə görə, 2020-ci ilin oktyabrında parlament seçkiləri ədalətsiz keçirilib:

“Tezliklə yerli orqanlara seçkilər olacaq. Nəzərdə tutulan referendum da ədalətli keçiriləcək. Qanun prezidentdən tutmuş əlində kətmən tutan kəndliyə qədər hamı üçün eyni olmalıdır. Hazırda biz qanunçuluğu və ədaləti bərqərar edirik. Əlbəttə, bunu bir ilə etmək mümkün deyil. Vəziyyəti düzəltmək üçün 2-3 ilə ehtiyac var”, - S.Japarov bildirib.

Son xəbərlər

Orphus sistemi