Qırğız Respublikasında koronavirusa yoluxanların sayı artdı

Qırğız Respublikasında koronavirusa yoluxanların sayı artdı “Aprelin 21-nə olan vəziyyətə görə, koronavirusa 22 yeni yoluxma halı qeydə alınıb”.
Region
21 Aprel , 2020 09:34
Qırğız Respublikasında koronavirusa yoluxanların sayı artdı

“Aprelin 21-nə olan vəziyyətə görə, koronavirusa 22 yeni yoluxma halı qeydə alınıb”.

“Report” xəbər verir ki, bunu Qırğız Respublikasının Operativ Qərargahı açıqlayıb.

Beləliklə, Mərkəzi Asiya ölkəsində yoluxma faktlarının sayı 590-a yüksəlib.

Məlumata görə, bu ölkədə indiyədək COVID-19-dan 7 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, bu ölkədə martın 22-dən fövqəladə vəziyyət elan edilib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 482 000-i ötüb. Bunların 652 170 nəfəri sağalıb, 170 471 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi