Qırğız Respublikasına yeni baş nazir təyin edilib

Qırğız Respublikasına yeni baş nazir təyin edilib Qırğız Respublikasının prezidenti Sadır Japarov Ulukbek Maripovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.
Region
3 Fevral , 2021 16:21
Qırğız Respublikasına yeni baş nazir təyin edilib
Ulukbek Maripov

Qırğız Respublikasının prezidenti Sadır Japarov Ulukbek Maripovun baş nazir təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Report” xəbər verir ki, bu barədə Qırğız Respublikası prezidentinin rəsmi saytı məlumat yayıb.

Sadır Japarov başqa sərəncamla hökumət üzvlərini də təyin edib.

Sərəncama əsasən, Omurəliyev Taalaybek, Kazakbayev Ruslan tutduqları vəzifədən azad edilərək müdafiə naziri və xarici işlər naziri təyin olunublar.

Qeyd edək ki, Ulukbek Maripov 1979-cu ildə Qırğız Respublikası Oş vilayətinin Nookat rayonunda anadan olub. Oş Dövlət Universiteti və Texnologiya Universitetinin “Maliyyə-kredit” və “Hüquq” fakültələrini bitirib. 2011-ci ildən 2015-ci ilədək keçmiş prezident Almazbek Atambayevin köməkçisi işləyib.

Son xəbərlər

Orphus sistemi