Bakı. 27 yanvar. REPORT.AZ/ Qırğız Respublikasının prezidenti Almazbek Atambayev ölkənin yenilənmiş konstitusiyasının təsdiqlənməsi haqqında fərman imzalayıb.
“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, təntənəli imzalanma mərasimində baş nazir Sooronbay Jeenbekov, hökumət və parlament üzvləri iştirak edib.
A.Atambayev bildirib ki, ölkənin əsas qanununa 40 düzəliş edilib, 60-dan artıq çatışmazlıq aradan qaldırılıb.
Qeyd edək ki, ötən il dekabrın 11-də Qırğız Respublikasının Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilməsi üçün referendum keçirilib.