Qırğız Prezidenti Ərdoğana zəng edib

Qırğız Prezidenti Ərdoğana zəng edib Qırğız Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.
Region
1 İyun , 2023 14:58
Qırğız Prezidenti Ərdoğana zəng edib

Qırğız Prezidenti Sadır Japarov türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

“Report” xəbər verir ki, bu barədə S. Japarovun mətbuat xidmətindən bildirilib.

O, Ərdoğanı prezident seçkilərində qalib gəlməsi münasibətilə təbrik edib.

S. Japarov qardaş türk xalqına firavanlıq və inkişaf arzulayıb.

Öz növbəsində Türkiyə Prezidenti səmimi arzulara görə təşəkkür edərək, Sadır Cəfərovu andiçmə mərasiminə dəvət edib.

Ölkələrin liderləri həmçinin Qırğızıstan-Türkiyə ikitərəfli əməkdaşlığının cari sahələrini və birgə əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi