Qərbin Gürcüstana təzyiqləri region üçün də olduqca ziyanlıdır - RƏY

Qərbin Gürcüstana təzyiqləri region üçün də olduqca ziyanlıdır - RƏY "Qərb dövlətləri tərəfdən Gürcüstana çox güclü təzyiqlər edilir. Rusiyaya qarşı ikinci cəbhə olmaq üçün əlindən gələni edirlər. Bütün bu edilən isə tək bizim üçün yox, region üçün də olduqca ziyandır. Çünki, Ukraynadakı vəziyyəti görürük və biz də istəmir
Region
18 Oktyabr , 2024 13:51
Qərbin Gürcüstana təzyiqləri region üçün də olduqca ziyanlıdır - RƏY

Qərb dövlətləri tərəfdən Gürcüstana çox güclü təzyiqlər edilir, Rusiyaya qarşı ikinci cəbhə olmaq üçün əllərindən gələni edirlər. Bütün bunlar isə tək Gürcüstan yox, region üçün də olduqca ziyanlıdır.

Bu sözləri "Report"un Gürcüstan bürosuna açıqlamasında Bolnisi rayonundan olan majoritar deputat Vüqar İsayev deyib.

"Ukraynadakı vəziyyəti görürük və biz də istəmirik ki, gənclərimiz həyatlarını itirsin, uşaqlarımız yetim qalsın. Ona görə də burada yaşayan insanlar dinc yolla ölkəmizin inkişafı, sülh şəraitində yaşamaq üçün müharibəyə "yox" deyərək seçkilərdə hakim "Gürcü Arzusu" partiyasını dəstəkləyəcək", - o vurğulayıb.

Deputat bildirib ki, öncəki hakimiyyətlərlə müqayisədə hakim "Gürcü Arzusu" partiyası tamamilə fərqlənir. Hazırda burada yaşayan azərbaycanlılar başda olmaqla, bütün Gürcüstan əhalisinə xüsusi diqqət və qayğı var:

Vüqar İsayev
Vüqar İsayev

"Gürcüstan vətəndaşları bu qayğını öz üzərlərində hiss etdikləri üçün partiya rəhbərlərinə dəstək verirlər. İnsanların yaşayış səviyyəsini yüksəltmək üçün hökumət tərəfindən addımlar atılır. Küçə və məhəllədaxili yollar çəkilib və ya təmir edilib, yollar asfaltlanıb, mərkəzi və daxili yolların işıqlandırılması aparılıb. Əvvəlki hakimiyyətlər dövründə isə bunların heç biri yox idi. İnsanlar hətta xəstəxanalara gedəndə onlar üçün pul yığaraq yardımlar edirdik. Bu gün isə bütün bunlar dövlət səviyyəsinə həyata keçirilir".

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri keçiriləcək.

Son xəbərlər

Orphus sistemi