"Qazprom Ermənistan" zərərlə işləyir

"Qazprom Ermənistan" zərərlə işləyir Ermənistan KİV: Rusiya qazın qiymətini yenidən nəzərdən keçirdikdən sonra şirkət "qəpikləri də saymağa" başlayıb
Region
6754
31 Yanvar , 2019 12:14
Qazprom Ermənistan zərərlə işləyir
0 : 00
0 : 00

Bakı. 31 yanvar. REPORT.AZ/ Rusiya təbii qazın qiymətini yenidən nəzərdən keçirdikdən sonra "Qazprom Ermənistan" şirkətində vəziyyət dəyişib, şirkət "qəpikləri də saymağa" başlayıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın "168 jam" qəzeti yazıb.

Qəzetin məlumatına görə, dünən şirkətin bütün ofislərində iclaslar keçirilib və Rusiyanın Ermənistana verdiyi qazın qiymətini dəyişməsi ilə şirkətin artıq zərərlə işlədiyi qeyd olunub.

Bununla əlaqədar onlar Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasındakı danışıqların nəticəsində qazın qiyməti dəqiq müəyyənləşdirilənə qədər müfəttişlər üçün yeni iş qrafiki tətbiq etmək məvcburiyyətində qalıblar.

Daha əvvəl Ermənistanda təbii qazın qiymətinin bahalaşacağı bildirilib.

Son xəbərlər

Orphus sistemi