Türkiyənin Qaziantep şəhərinin Nurdağı rayonunda iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü, altı nəfərin yaralanması ilə nəticələnib.
“Report” xəbər verir ki, bu barədə
Bildirilib ki, yaralanmış altı nəfərdən üçünün vəziyyəti ağırdır.
Qeyd olunub ki, yerli vaxtla 23:00 radələrində (Bakı vaxtı ilə 00:00) “Toyota” markalı avtomobil “Fiat” markalı nəqliyyat vasitəsilə toqquşub. Məlumata görə, ölənlərin hər ikisi “Fiat”da olub.