Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib Yanğınsöndürmə tədbirləri davam etdirilir
Region
23 İyun , 2017 10:50
Qazaxıstanın neft bazasında yanğın baş verib, bir nəfər həyatını itirib

Bakı. 23 iyun. REPORT.AZ/ Qazaxıstanın “Şımkent munay onemderı” neft bazasında yanğın baş verib, ən azı bir nəfər ölüb. “Report” "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar üzrə regional şöbəsinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, 46 yaşlı operatorun cəsədi çənlərin yaxınlığında tapılıb. Qeyd edilir ki, 3 000 kubmetr həcmində benzin çəni yanır, yanğına yaxın ərazidə isə 9 çən var.

Yanğını söndürmək hələ mümkün olmayıb, hazırda ərazidə yangınsöndürən briqadalar işləyir, "tibbi yardım" maşınları növbə çəkir. Ərazi polis tərəfindən mühasirəyə alınıb.

Yanğının söndürülməsinə 120 nəfər şəxsi heyət, 28 ədəd texnika, helikopter və yanğın qatarı cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi