Qazaxıstanın keçmiş ali müftisi vəfat edib

Qazaxıstanın keçmiş ali müftisi vəfat edib Qazaxıstanın keçmiş ali müftisi Əbsattar Derbisali iyulun 15-də 74 yaşında vəfat edib.
Region
15 İyul , 2021 09:35
Qazaxıstanın keçmiş ali müftisi vəfat edib
Əbsattar Derbisali

Qazaxıstanın keçmiş ali müftisi Əbsattar Derbisali iyulun 15-də 74 yaşında vəfat edib.

“Report” xəbər verir ki, məlumatı Yasəvi adına Qazaxıstan-Türkiyə Universitetinin Türkologiya elmi-araşdırma institutunun direktoru Dosay Kenjetay feysbuk səhifəsində yayıb.

Qazaxıstan Müsəlmanları Ruhani İdarəsindən faktı təsdiqləyərək Absattat Derbisalinin son günlər ağır vəziyyətdə reanimasiyada yatdığını bildiriblər.

Keçmiş müftinin şəxsi sürücüsünün sözlərinə görə, Derbisali pnevmoniya olubmuş, ancaq ürək çatışmazlığından kardiologiya bölməsində vəfat edib.

Absattar Derbisali 2000-2013-cü illərdə müfti işləyib. Bundan sonra o, Ramazan Süleymanov adına Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsinə təyin olununb.

Son xəbərlər

Orphus sistemi