Qazaxıstandakı meşə yanğınları ilə bağlı olaraq TDT-də bayraqlar yarıya endirilib
- 12 iyun, 2023
- 07:02
Qazaxıstanda ümummilli matəm gününün elan olunması ilə bağlı olaraq Türk Dövlətləri Təşkilatının (TDT) binasının önündə bayraqlar yarıya endirilib.
“Report” xəbər verir ki, bu barədə TDT-dən bildirilib.
Qeyd olunub ki, TDT Abay əyalətində qeydə alının meşə yanğınları nəticəsində insanların həlak olması ilə bağlı Qazaxıstan hakimiyyəti və xalqına başsağlığı verib.
Xatırladaq ki, Qazaxıstanın Abay əyalətində baş verən yanğın nəticəsində 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün əraziyə helikopter cəlb edilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç regiondan xilasedicilər göndərilib.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni Abay əyalətində meşə yanğınında həlak olanların xatirəsinə ümummilli matəm günü elan edib.