​Qazaxıstanda Türk Birliyi Şurası iqtisadiyyat nazirlərinin toplantısı keçirilib

​Qazaxıstanda Türk Birliyi Şurası iqtisadiyyat nazirlərinin toplantısı keçirilib Erbolat Dosayev: "Türk Birliyi Şurası sərmayə, sahibkarlıq və iqtisadiyyatın şaxələnməsi kimi sahələrdə uğurla işləyir"
Region
29 Sentyabr , 2015 19:44
​Qazaxıstanda Türk Birliyi Şurası iqtisadiyyat nazirlərinin toplantısı keçirilib

Bakı. 29 sentyabr. REPORT.AZ/ Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iqtisadiyyat nazirlərinin 5-ci toplantısı keçirilib.

"Report" xəbər verir ki, bu haqda Qazaxıstan KİV-i məlumat yayıb.

Məlumata görə, toplantıda türkdilli dövlətlər arasında çoxtərəfli iqtisadi-ticarət əməkdaşlığının möhkəmləndirilməsi, sərmayə mühitinin yaxşılaşdırılması üzrə İşçi Qrupun fəaliyyətinə dəstəyin artırılması, iqtisadiyyatın şaxələnməsi, sahibkarlığın inkişaf etdirilməsi, ortaq sərmayə fondunun yaradılması kimi məsələlər müzakirə edilib.

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası sərmayə, sahibkarlıq və iqtisadiyyatın şaxələnməsi kimi sahələrdə uğurla işləyir. Ancaq ticarət sahəsində əməkdaşlığın gücləndirilməsinə ehtiyac var ", - Qazaxıstanın milli iqtisadiyyat naziri Erbolat Dosayev bildirib.

Xatırladaq ki, toplantıda Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov, Qırığızıstanın iqtisadiyyat nazirinin müavini Daniyar İmanəliyev, habelə Türk Birliyi Şurası baş katibinin müavini Ömər Koçaman iştirak edib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.  

Son xəbərlər

Orphus sistemi