Qazaxıstanda mütəşəkkil cinayətkar dəstənin 50-dən çox üzvü saxlanılıb
Region
- 23 sentyabr, 2024
- 08:49
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi mütəşəkkil cinayətkar dəstənin fəaliyyətinin qarşısının alındığını elan edib. Ümumilikdə 50 nəfər saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Saxlanılan şəxslər xüsusilə böyük məbləğdə mal və avtomobillərin oğurlanmasının təşkilində, eləcə də mütəşəkkil cinayətkarlığın maliyyələşdirilməsində şübhəli bilinirlər.
“Onlar etimaddan istifadə edərək 20-dən çox insanın 2 milyard tengedən artıq məbləğdə əmlakını oğurlayıblar”, – məlumatda bildirilib.
Sentyabrın 18-də Qazaxıstanın Astana, Almatı və Şımkent şəhərləri, Aktobe, Atırau, Almatı, Jetısu, həmçinin Qərbi Qazaxıstan və Pavlodar vilayətlərində mütəşəkkil cinayətkar dəstə üzvlərinin tutulması istiqamətində əməliyyat keçirilib.
Son xəbərlər
21:01
Çin agentliyi Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsindən yazıb
Media20:57
DYP dumanlı hava şəraiti ilə bağlı sürücülərə xəbərdarlıq edib
Digər20:56
İranda saxlanılan etirazçıların ailələri güc strukturlarının binaları qarşısında toplaşıblar
Region20:53
Foto
Prezidentin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir
Daxili siyasət20:53
Mehriban Əliyeva Milad bayramı ilə bağlı paylaşım edib
Daxili siyasət20:48
"Çelsi"ni Premyer Liqada növbəti oyuna yeni baş məşqçi çıxarmayacaq
Futbol20:43
NATO-nun Baltik regionunda müdafiə imkanlarının gücləndirilməsi müzakirə edilib
Digər ölkələr20:35
Türkiyədə cinayətkar qruplaşmaya qarşı əməliyyat zamanı 15 nəfər saxlanılıb
Region20:22