Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alındı

Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alındı MDB məkanına daxil olan daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alınıb.
Region
13 Mart , 2020 12:55
Qazaxıstanda koronavirusa ilk yoluxma faktı qeydə alındı

MDB məkanına daxil olan daha bir ölkədə koronavirusa yoluxma halı qeydə alınıb.

“Report” “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, Qazaxıstanda iki nəfərdə virus aşkarlıb.

Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov martın 13-də keçirdiyi brifinqdə həmin şəxslərin Almaniyadan gəldiklərini açıqlayıb.

O həmçinin hər iki şəxsin təmasda olduğu insanların axtarışlarına başladıqlarını bildirib.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 127 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 134 930-a çatıb. Bunların 70 405 nəfəri sağalıb, 4 990 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi