Qazaxıstanın Jambıl vilayətində hərbi hissədə baş vermiş partlayış nəticəsində həyatını itirənlərin sayı 15 nəfərə çatıb.
“Report” “TASS”a istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, ölkənin Jambıl vilayətində hərbi hissənin anbarında baş vermiş partlayışla bağlı 29 avqustda matəm elan edilmişdi.