Qazaxıstanda bir neçə nazir özünü təcrid etdi

Qazaxıstanda bir neçə nazir özünü təcrid etdi Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib.
Region
16 İyun , 2020 10:44
Qazaxıstanda bir neçə nazir özünü təcrid etdi

Qazaxıstanda bir neçə nazir koronavirusa görə özünütəcrid edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Ekologiya, Geologiya və Təbii Ehtiyatlar Nazirliyinin Mətbuat katibi Samal İbrayev bildirib.

Onun sözlərinə görə, ekologiya, geologiya və təbii ehtiyatlar naziri Maqzum Mirsaqaliyev özünütəcrid şəraitindədir: “O bütün işgüzar müşavirələri və danışıqları onlayn rejimdə keçirir”.

Bundan başqa, təhsli və elm naziri Asxat Aymaqambetov, kəndə təsərrüfatı naziri Saparxan Omarov və daha bir neçə məmur özünütəcrid rejiminə keçib. Onlar koronavirusa yoluxan səhiyyə naziri ilə birlikdə səfərdə olublar.

Qeyd edək ki, Qazaxıstanın səhiyyə naziri Eljan Birtanov koronavirusa yoluxub və hospitalda müalicə olunur. 

Son xəbərlər

Orphus sistemi