Qazaxıstan vətəndaşlarının 71 faizdən çoxu və ya 5,5 milyon nəfər ölkədə Atom Elektrik Stansiyasının (AES) tikintisi layihəsinin lehinə səs verib.
"Report"un Qazaxıstan bürosu bu barədə oktyabrın 6-da keçirilmiş ümummilli referendumun yekun nəticələrini bu gün açıqlamış Mərkəzi Referendum Komissiyasına istinadən xəbər verir.
“Oktyabrın 6-da AES-in tikintisi layihəsi üzrə keçirilən səsvermədə 7 820 200 nəfər və ya ölkə vətəndaşlarının 63,66 faizi iştirak edib. Onların 71,12 faizi və ya 5 561 937 nəfəri layihənin lehinə, iki milyon nəfərdən çoxu (2 045 270) isə əleyhinə səs verib”, - komissiyanın nümayəndəsi Nurlan Abdirov bildirib.
Referendumda 12 284 487 qazaxıstanlı səsvermə hüququna malik olub.
Xatırladaq ki, Qazaxıstanda AES-in tikintisi layihəsi üçün müraciət edənlərin qısa siyahısına Çin, Cənubi Koreya, Fransa və Rusiya şirkətləri daxildir.