Qazaxıstanda 2021-ci ildən pasportların Latın əlifbasında verilməsi planlaşdırılır

Qazaxıstanda 2021-ci ildən pasportların Latın əlifbasında verilməsi planlaşdırılır Bakı. 13 fevral. REPPORT.AZ/ Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələrinin Latın əlifbası ilə yazılaraq verilməsi prosesinə 2021-ci ildən başlamaq planlaşdırılır.
Region
13 Fevral , 2018 10:28
Qazaxıstanda 2021-ci ildən pasportların Latın əlifbasında verilməsi planlaşdırılır
РИА Новости / Николай Лазаренко

Bakı. 13 fevral. REPPORT.AZ/ Qazaxıstanda pasport və şəxsiyyət vəsiqələrinin Latın əlifbası ilə yazılaraq verilməsi prosesinə 2021-ci ildən başlamaq planlaşdırılır.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın mədəniyyət və idman nazirinin müavini Yerlan Kojaqapanov bildirib.

Onun sözlərinə görə, 2024-2025-ci illərdə yerli icra hakimiyyəti orqanlarının, dövlət KİV-inin və dövlət nəşrlərinin mərhələli şəkildə Latın əlifbasına keçidi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qazax dili əlifbasının mərhələli şəkildə 2025-ci ilə qədər Latın qrafikasına keçidi haqqında fərman imzalayıb. O, tərcüməni təmin etmək üçün 32 hərfdən ibarət qazax dili əlifbasının Latın qrafikası ilə təsdiqlənməsinə dair qərar verib.

Son xəbərlər

Orphus sistemi