Bakı. 7 noyabr. REPORT.AZ/ Qazaxıstanda Almatı-Otar dəmiryolu xəttində 12 yük vaqonu relsdən çıxıb.
“Report” Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, hadisə Almatının Saz dəmiryol stansiyası yaxınlığında baş verib.
Məlumata görə, vaqonların resdən çıxması nəticəsində 8 sərnişin qatarının hərəkəti təxirə salınıb.
Qəzanın başvermə səbəbini araşdırmaq üçün komissiya yaradılıb.
Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.