Qazaxıstan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasını təşkil edəcək

Qazaxıstan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasını təşkil edəcək XİN rəhbərləri iclasda Konvensiya layihəsinin mətni üzərindəki işlə bağlı ilkin yekunları müzakirə edəcək
Region
19 Noyabr , 2015 14:52
Qazaxıstan Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin iclasını təşkil edəcək

Bakı. 19 noyabr. REPORT.AZ/ "Qazaxıstan beşinci Xəzər sammitinin təşkilatçısı kimi gələn il Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırır". "Report" Qazaxıstan XİN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov bildirib.

Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupunun 42-ci sessiyasında çıxış edən Y.İdrisov XİN rəhbərlərinin iclasda Konvensiya layihəsinin mətni üzərindəki işlə bağlı ilkin yekunları müzakirə edəcəyini və sammitə hazırlıq səviyyəsini müəyyənləşdirəcəyini qeyd edib.

"Düşünürəm ki, nazirlərin görüşünün təşkili gələn ilin ikinci kvartalından tez olmayacaq. O vaxta qədər Konvensiyanın məzmunu da tam formalaşar", - Qazaxıstan XİN rəhbəri deyib.

Son xəbərlər

Orphus sistemi