Qazaxıstan Xəzərdə etimad tədbirlərinə dair saziş üzrə danışıqlara başlamağa hazırdır

Qazaxıstan Xəzərdə etimad tədbirlərinə dair saziş üzrə danışıqlara başlamağa hazırdır “Qazaxıstan 2024-cü ilin əvvəlində Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi üzrə danışıqların növbəti mərhələsini keçirməyə hazırdır”.
Region
5 Dekabr , 2023 15:09
Qazaxıstan Xəzərdə etimad tədbirlərinə dair saziş üzrə danışıqlara başlamağa hazırdır

“Qazaxıstan 2024-cü ilin əvvəlində Astanada Xəzər dənizində hərbi fəaliyyət sahəsində etimad tədbirlərinə dair saziş layihəsi üzrə danışıqların növbəti mərhələsini keçirməyə hazırdır”.

"Report"un Rusiya bürosunun məlumatına görə, bunu Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu Moskvada Xəzəryanı ölkələrin Xarici İşlər Nazirləri Şurasının Moskvada keçirilən görüşündə deyib.

“Qazaxıstan silahlanma ilə bağlı balansı və tərəflərin razılaşdırdığı kəmiyyət və keyfiyyət məhdudiyyətlərini təmin edəcək dənizdə silahlara nəzarət mexanizmlərinin yaradılmasının zəruri olduğunu düşünür. Gələcəkdə silahlanma yarışını aradan qaldırmaq üçün biz saziş layihəsində konkret, aydın etimad tədbirlərinin müəyyən edilməsini təklif edirik. Bununla əlaqədar Qazaxıstan saziş layihəsi üzrə danışıqların üçüncü mərhələsini gələn ilin əvvəlində Astanada təşkil etməyə hazırdır”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi