Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB

Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Müstəqillik Sarayında rəsmi andiçmə mərasimi başlayıb.
Region
26 Noyabr , 2022 09:34
Qazaxıstan Prezidenti vəzifəsinin icrasına başlayıb - YENİLƏNİB

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev növbəti 7 il müddətinə dövlət başçısı vəzifəsinin icrasına  başlayıb.

“Report” xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

“Qazaxıstan xalqına sədaqətlə xidmət edəcəyimə, Qazaxıstan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl edəcəyimə, vətəndaşların hüquq və azadlıqlarına təminat verəcəyimə, Qazaxıstan Respublikası Prezidenti kimi mənə həvalə edilən yüksək vəzifələri vicdanla yerinə yetirəcəyimə təntənəli şəkildə and içirəm”, - o, andiçmə mərasimində deyib.

Tokayev xalqın etimadını doğrultmaq və Qazaxıstanı firavan dövlətə çevirmək üçün səy göstərəcəyini vəd edib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov Tokayevə respublika prezidentinin vəsiqəsini təqdim edib.

09:17

Noyabrın 20-də keçirilən növbədənkənar prezident seçkisində qalib gələn Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Müstəqillik Sarayında rəsmi andiçmə mərasimi başlayıb.

“Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı tədbirin keçirildiyi saraya gəlib.

Andiçmə mərasimində hökumət üzvləri, deputatlar, Konstitusiya Şurasının üzvləri, Ali Məhkəmənin hakimləri, Qazaxıstanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, həmçinin digər qonaqlar iştirak edirlər.

Xatırladaq ki, Qazaxıstanda keçirilmiş prezident seçkisində seçicilərin 81,31%-i Kasım-Jomart Tokayevə səs verib.

Son xəbərlər

Orphus sistemi