Qazaxıstan Prezident Administrasiyasının sabiq rəhbər müavini dövlət sirrini yaydığına görə saxlanılıb

Qazaxıstan Prezident Administrasiyasının sabiq rəhbər müavini dövlət sirrini yaydığına görə saxlanılıb Şübhəlilərin yaşadıqları məkanlarda axtarış həyata keçirilib, maddi sübutlar götürülüb
Region
16 Yanvar , 2017 12:20
Qazaxıstan Prezident Administrasiyasının sabiq rəhbər müavini dövlət sirrini yaydığına görə saxlanılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Qazaxıstan Prezident Administrasiyasının keçmiş rəhbər müavini Baqlan Maylıbayev dövlət sirrini yaymaq şübhəsi ilə saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat xidməti məlumat yayıb.

B.Maylıbayevlə yanaşı, Prezident Administrasiyasının digər sabiq əməkdaşı N.Qalixinin saxlanıldığı da qeyd olunub.

Komitədən bildiriblər ki, yanvarın 14-də Astana şəhər Yesilski Rayon Məhkəməsində saxlanılan hər iki şəxs barəsində iki aylıq həbs qərarı verilib, onlar MTK-nın müvəqqəti saxlanma təcridxanasına yerləşdiriliblər. Şübhəlilərin yaşadıqları məkanlarda axtarış həyata keçirilib, maddi sübutlar götürülüb. 

İstintaq davam edir.

Son xəbərlər

Orphus sistemi