Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin həbsdə olan keçmiş sədrinə yeni ittiham irəli sürülüb
- 14 noyabr, 2023
- 07:23
Yeniliklərdən dərhal xəbərdar olun!
Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) keçmiş sədri Kərim Məsimova qarşı yeni cinayət işi üzrə ittiham irəli sürülüb.
“Report” “Kazinform”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan MTK məlumat yayıb.
Məlumata görə, Kərim Məsimova qarşı “cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması, yuyulması”, “xüsusilə külli miqdarda rüşvət alma” maddələri üzrə yeni ittihamlar irəli sürülüb.
Kərim Məsimov 2023-cü il aprelin 24-də “dövlət xəyanəti”, “vəzifə səlahiyyətlərini aşmaq”, “hakimiyyəti zorla ələ keçirmək” maddələri ilə mühakimə olunaraq 18 il müddətinə azadlıqdan məhrum olunub.
56 yaşlı Kərim Məsimov 2016-cı ildə o vaxtkı Prezident Nursultan Nazarbayev tərəfindən Milli Təhlükəsizlik Komitəsinə sədr təyin olunub. 2007-2021-ci illərdə Qazaxıstanın Baş naziri vəzifəsində çalışıb. O, Nursultan Nazarbayevin yaxın adamlarından sayılır.