Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq

Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq Qazaxıstanda koronavirus pandemiyası ilə mübarizə üçün ciddi karantin məhdudiyyətləri geri qaytarılacaq.
Region
29 İyun , 2020 17:38
Qazaxıstan COVID-19 səbəbi ilə sərt karantinə qayıdacaq
Kasım-Jomart Tokayev

Qazaxıstanda koronavirus pandemiyası ilə mübarizə üçün ciddi karantin məhdudiyyətləri geri qaytarılacaq.

“Report” “Sputnik Qazaxıstan”a istinadən xəbər verir ki, müvafiq tapşırığı ölkə prezidenti Kasım-Jomart Tokayev verib.

Tokayev məmurlara iki gün ərzində cari ilin mart-may aylarında qüvvədə olan sərt karantinə bənzər tədbirlər barədə təklifəri işləyib təqdim etməyi tapşırıb.

Qeyd edək ki, son məlumatlara görə, Qazaxıstanda 21 mindən çox insan koronavirusa yoluxub, 13 min nəfər sağalıb, 183 xəstə ölüb. Ölkədə martın 16-dan mayın 11-dək fövqəladə vəziyyət rejimi qüvvədə olub.

Son xəbərlər

Orphus sistemi