Qazaxıstan 2026-cı ildə süni intellekt mövzusunda Aİİ dövlət başçılarının görüşünü keçirmək niyyətindədir.
- 26 iyun, 2025
- 23:43
Qazaxıstan gələn il Avrasiya İqtisadi İttifaqına (Aİİ) sədrlik edəcək. Qazaxıstan təşkilatın dövlət başçıları ilə rəqəmsallaşma və süni intellekt mövzusunda görüş keçirmək niyyətindədir.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı deyib.
Tokayev qeyd edib ki, rəqəmsallaşma Aİİ-nin qeyd-şərtsiz prioritetinə çevrilməli və dövlət başçıları səviyyəsində görüşlərdən biri bu mövzuya həsr olunmalıdır.
O əlavə edib ki, gələn il rotasiyaya əsasən Qazaxıstan Aİİ-nin sədri olacaq və Astanada analoji görüşün keçirilməsini gözlənilir. "Yəqin ki, biz bu görüşü, həqiqətən də, süni intellektin inkişafı və rəqəmsallaşma sahəsində səylərin birləşdirilməsi məsələlərinə həsr edəcəyik".