Gürcüstanın baş naziri: “Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir"

Gürcüstanın baş naziri: “Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir" “Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir”.
Region
31 Oktyabr , 2019 16:10
Gürcüstanın baş naziri: “Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir

“Türkiyə Gürcüstan üçün Avropaya açılan yol deməkdir”.

“Report” xəbər verir ki, bunu Gürcüstanın baş naziri Giorgi Qaxariya Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında deyib.

O, enerji dəhlizi sahəsindəki əməkdaşlığa böyük əhəmiyyət verdiklərini də vurğulayıb.

Gürcüstan hökumətinin başçısı Türkiyə liderini ölkəsinə dəvət edib: “Ancaq bu səfəri tez reallaşdırın”.

R.T.Ərdoğan isə cavabında bildirib: “Əvvəlcə iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının toplantısı keçirilsin. Bundan sonra yaz aylarında Gürcüstana səfəri reallaşdırarıq”.

G.Qaxariya bu təklifə razılıq verib. 

Son xəbərlər

Orphus sistemi