Bakı. 21 İyun. REPORT.AZ/ Şənbə günü əsən güclü külək və leysan yağışı Gürcüstanın şərqində, xüsusi ilə Marneuli rayonunda ciddi fəsadlar törədib.
"Report" İnterfaks agentliyinə istinadən xəbər verir ki, obyektlərə və evlərin zirzəmisinə 20 dəqiqə ərzində su dolub. İşıq dirəkləri aşıb, ağaclar qırılıb. Evlərin damı dağılıb, aşan ağaclar maşınların üstünə düşüb. Tsereteli, Tamarisi və Kiziladjlo kəndlərinin xüsusi ilə zərər gördüyü bildirilir.
Marneuli rayonunun icra başçısının müavini Temur Beridze deyib ki, uzun illərdir bu regionda yaşasa da belə bir yağış və qasırğanı ilk dəfə müşahidə edir.