Baş nazir: "Gürcüstanda növbədənkənar parlament seçkiləri məsələsi bağlanıb"

Baş nazir: "Gürcüstanda növbədənkənar parlament seçkiləri məsələsi bağlanıb" Gürcüstanda parlament seçkiləri 5 ay əvvəl keçirilib
Region
29 Mart , 2021 14:58
Baş nazir: Gürcüstanda növbədənkənar parlament seçkiləri məsələsi bağlanıb
İrakli Qaribaşvili

"Gürcüstan növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi bağlanıb".

“Report” “Sputnik Georgia”ya istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili martın 29-da jurnalistlərə müsahibəsində bildirib.

“Ölkədə növbədənkənar parlament seçkiləri olmayacaq. Bu məsələyə dair söhbətlər başa çatıb... Növbədənkənar parlament seçkiləri məsələsi bağlanıb və bizim ölkədə siyasi məhbus yoxdur”, - o deyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri 5 ay əvvəl keçirilib. 2020-ci il oktyabrın 31-də keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası qalib gəlib. Müxalifətdə olan Vahid Milli Hərəkat Partiyası ikinci, Avropalı Gürcüstan Partiyası isə üçüncü yerdə olub. Müxalifət bu siyasi tədbirin nəticələrinə etiraz edərək növbədənkənar seçkilərin keçirilməsini tələb edir. Bu hadisələrdən sonra Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia həbs edilib.

Son xəbərlər

Orphus sistemi