Tədbirdə Gürcüstan təhsil sisteminin uzunmüddətli inkişaf strategiyası təqdim olunub.
Qaribaşvili bildirib ki, bir müddət əvvəl bağlanmış müqaviləyə əsasən, Gürcüstanda keyfiyyətə nəzarət və qiymətləndirmə sistemi Avropa standartlarına uyğun olacaq. "Gürcüstanda verilən diplomlar və ixtisaslar vahid Avropa təhsil məkanında tanınacaq", - Qaribaşvili qeyd edib.
Baş nazir vurğulayıb ki, Gürcüstanın təhsil sisteminin inkişaf strategiyasında dünyanın aparıcı ölkələrinin təcrübəsi və Aİ-nin tövsiyələri nəzərə alınıb.