Qardaşının pasportu ilə Rusiyaya qayıdan Azərbaycan vətəndaşı mühakimə olunacaq

Qardaşının pasportu ilə Rusiyaya qayıdan Azərbaycan vətəndaşı mühakimə olunacaq 2018-ci ilə dək Rusiyaya daxil olması qadağan olunan gəncin məhkəmə qarşısına çıxarılacağı bildirilir
Region
1 Avqust , 2015 01:13
Qardaşının pasportu ilə Rusiyaya qayıdan Azərbaycan vətəndaşı mühakimə olunacaq

Bakı. 1 avqust. REPORT.AZ/ Rəsmi qadağaya baxmayaraq Rusiyanın Voloqda vilayətinə qayıdan Azərbaycan vətəndaşı həbs olunub.

"Report"un "Voloqda-Region" saytına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan 23 yaşlı azərbaycanlı Rusiyadan deportasiya olunsa da qardaşının pasportunu təqdim edərək bu ölkəyə geri qayıdıb.

2018-ci ilə dək Rusiyaya daxil olması qadağan olunan gəncin məhkəmə qarşısına çıxarılacağı bildirilir.

Son xəbərlər

Orphus sistemi