Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb

Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb İyulun 4-də Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində baş vermiş kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb.
Region
879
13 İyul , 2020 16:21
Qardabanidə kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb

İyulun 4-də Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Nəzərli kəndində baş vermiş kütləvi dava ilə bağlı 8 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğundan bildirilib.

İstintaqla müəyyən olunub ki, insidentə iyulun 2-də Nəzərli və Vaxtanqisi kəndlərinin sakinləri arasında baş verən şifahi və fiziki qarşıdurma səbəb olub.

İyulun 4-də isə insidentin iştirakçıları digər şəxslərlə birgə dəmir və plastik çubuqlarla Nəzərli kəndinin mərkəzindəki kafeyə hücum ediblər və obyektin sahibinə qarşı zorakılığa yol veriblər.

Bu hərəkətə cavab olaraq elə həmin gün Nəzərli kəndindən olan şəxslər Vaxtanqisi kəndinin sakininə məxsus minik avtomobilini zədələyərək onu aşırıblar.

Faktla bağlı qrup halında xuliqanlıq və zorakılıq maddəsi üzrə istintaq tədbirləri davam etdirilir.

Saxlanılan şəxslərə qarşı həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməyə müraciət olunub.