Qarabağdan 45 silahı qanunsuz olaraq aparan "polis rəisi" həbs edilib

Qarabağdan 45 silahı qanunsuz olaraq aparan "polis rəisi" həbs edilib O, bununla da “rəhbərlik” qarşısında özünü “zəhmətkeş” kimi göstərməyə çalışıb
Region
19 Fevral , 2021 16:27
Qarabağdan 45 silahı qanunsuz olaraq aparan polis rəisi həbs edilib

Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycanın Qarabağ bölgəsində döyüşlər gedən zaman qanunsuz silah əldə edilməsi, saxlanılması və ticarəti ilə bağlı növbəti hadisə aşkarlayıb.

“Report” xəbər verir ki, məlumatı “Novosti Armeniya” yayıb.

Bildirilib ki, bu dəfə əməliyyatçıların diqqət mərkəzində Laçın rayonu işğal altında olan zaman “polis bölməsi” “rəisinin müavini” “işləmiş A.B. adlı şəxs olub.

İqtintaqın gedişində müəyyən edilib ki, A.B. Azərbaycanın Cəbrayıl rayonunda döyüşlər zamanı Ermənistan ordusu sıralarında döyüşüb. O, qanunsuz olaraq 45 Kalaşnikov avtomatı, güllə ilə dolu 8 tapança darağı, ov tüfəngi, yüzlərlə güllə, qumbara əldə edib. O, bu silah arsenalını Ermənistanın Sünik vilayətinin Tex kəndinə daşıyıb. Orada tanışı S.Q.-nin evində gizlədib.

A.B. silahların bir hissəsinin satmağı, bir hissəsinin isə etibarlı şəxslərə polis təhvil vermək üçün paylaşıb. O, bununla da “rəhbərlik” qarşısında özünü “zəhmətkeş” kimi göstərməyə çalışıb.

Bildirilib ki, A.B. "Kalaşnikov" avtomatının ikisini tanışlarına satıb. Tanışı isə silahların birini 500-600 dollara satmaq niyyətində imiş. O, istintaq materiallarına əsasən, Cinayət Məcəlləsinin bir sıra maddələri üzrə həbs edilib.

Son xəbərlər

Orphus sistemi