Qarabağ separatçılarından biri Rusiyada həbs edilib

Qarabağ separatçılarından biri Rusiyada həbs edilib Rusiyanın Sankt-Peterburq şəhərində qondarma "Dağlıq Qarabağ respublikası"nın "təhlükəsizlik xidmətinin sabiq direktoru" Boris Avaqyan həbs edilib
Region
17 Dekabr , 2021 16:26
Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
0 : 00
0 : 00

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

"Report" "Aysor"a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub.

Son xəbərlər

Orphus sistemi