“Mən dərindən əminəm ki, Rusiyada Heydər Əliyevi daim xatırlayacağıq. Heydər Əliyev xalqlarımız üçün müstəsna, birləşdirici rol oynayan şəxsiyyətdir”.
“Report”un Rusiya bürosunun məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı keçirilmiş qəbulda deyib.
Diplomat qeyd edib ki, Heydər Əliyev yüksək vəzifələrdə çalışarkən ən yüksək peşəkarlıq nümayiş etdirib: “Rusiyada parlaq və qeyri-adi insanın xatirəsi böyük səmimilik və ehtiramla qorunur. Heydər Əliyevin yolu layiqli nümunədir: o, uzun illər Azərbaycan SSR-ə başçılıq edib, Sovet İttifaqının ali rəhbərliyinə daxil olub”.
Onun sözlərinə görə, mərhum prezident “yüksək vəzifələrdə işləyərkən ən yüksək peşəkarlıq nümayiş etdirib”.