Qadın nazir Gürcüstanın baş naziri vəzifəsini icra etməyə başlayıb

Qadın nazir Gürcüstanın baş naziri vəzifəsini icra etməyə başlayıb Yeni hökumətin tərkibi növbəti iki həftə ərzində parlamentdə təsdiqlənməlidir
Region
18 Fevral , 2021 16:32
Qadın nazir Gürcüstanın baş naziri vəzifəsini icra etməyə başlayıb
Maya Tskitişvili

Gürcüstanın regional inkişaf və infrastruktur naziri, baş nazirin birinci müavini Maya Tskitişvili bu gündən hökumət başçısı vəzifəsini icra etməyə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, ölkə Konstitusiyasına əsasən, hökumət başçısı istefa verəndən sonra onun vəzifələrini birinci müavini yerinə yetirir.

Hökumətin digər üzvləri isə yeni nazirlər kabineti formalaşana qədər vəzifələrində çalışacaqlar.

Qeyd edək ki, yeni hökumətin tərkibi növbəti iki həftə ərzində parlamentdə təsdiqlənməlidir.

Son xəbərlər

Orphus sistemi