Putinin köməkçisi: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq”

Putinin köməkçisi: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq” “Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır”.
Region
23 May , 2022 04:18
Putinin köməkçisi: “Ukrayna ilə dialoqu davam etdirməyə hazırıq”

“Rusiya Ukrayna ilə danışıqları davam etdirməyə hazırdır”.

“Report” xəbər verir ki, bunu Belarusun “ONT” telekanalına müsahibəsində Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib.

“Biz öz tərəfimizdən dialoqu davam etdirməyə hazırıq. Amma bir daha vurğulayacağam: sülh danışıqlarının davam etdirilməsi üçün top Ukrayna tərəfindədir. Danışıqların dondurulması bütünlüklə Ukraynanın təşəbbüsüdür”, - Medinski bildirib.

Onun sözlərinə görə, Rusiya heç vaxt danışıqlardan imtina etməyib: “Rusiya Prezidenti Vladimir Putin bunu dəfələrlə təsdiqləyib. Yeganə sual ondan ibarətdir ki, prezidentlər arasında sammit görüşünün baş tutması üçün ciddi hazırlıq lazımdır”.

Son xəbərlər

Orphus sistemi