Lavrov: “Putin və Ərdoğan görüşlərinin mühüm olacağını bilirlər”

Lavrov: “Putin və Ərdoğan görüşlərinin mühüm olacağını bilirlər” Rusiya Prezidenti Prezident Vladimir Putin Türkiyəyə səfər edəcək.
Region
25 aprel 2023 22:05
Lavrov: “Putin və Ərdoğan görüşlərinin mühüm olacağını bilirlər”

“Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan görüşlərinin mühüm olacağını başa düşürlər”. 

"Report" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərinin yekununa həsr olunan mətbuat konfransında bildirib.

Türkiyənin Akkuyu atom elektrik stansiyasına nüvə yanacağının çatdırılması ilə bağlı aprelin 27-də keçiriləcək təntənəli mərasimdə iki liderin mümkün görüşü ilə bağlı suala cavabında nazir deyib:

“Mən prezidentlərin belə bir görüşün vacib olacağını başa düşdükləri mövqeyindən çıxış edirəm”.

Xatırladaq ki,  Rəcəb Tayyib Ərdoğan aprelin 19-da TRT-yə müsahibəsində Vladimir Putinin aprelin 27-də Akkuyuya nüvə yanacağının çatdırılması mərasiminə videoformatda iştirak edəcəyini açıqlamışdı.

Akkuyu AES Türkiyədə tikilməkdə olan ilk atom stansiyasıdır. Layihə Rusiya Federasiyası ilə Türkiyə arasında 2010-cu il mayın 12-də bağlanmış hökumətlərarası əməkdaşlıq sazişi əsasında həyata keçirilir.

Orphus sistemi