Rusiya Prezidenti Vladimir Putin hökumətə iki gün ərzində Rusiyaya, onun şirkətlərinə, təşkilatlarına və fiziki şəxslərinə qarşı sanksiyalar tətbiq edən ölkələrin siyahısını tərtib etməyi tapşırıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə dövlət başçısının fərmanında deyilir.
“Rusiya Federasiyası hökuməti iki gün müddətində Rusiya Federasiyasına, Rusiyanın hüquqi və fiziki şəxslərinə qarşı qeyri-dost hərəkətlər edən xarici dövlətlərin siyahısını müəyyən etsin”, - məlumatda vurğulanır.
Prezident bu fərmanla Rusiya, regionlar, bələdiyyələr və rezidentlər tərəfindən bu ölkəyə qarşı sanksiyalar tətbiq etmiş ölkələrlə əlaqəli xarici kreditorlara ödənişlərin həyata keçirilməsi üçün müvəqqəti prosedur müəyyən edib.