Bakı. 17 mart. REPORT.AZ/ "Suriyadakı hərbi əməliyyatlara təxminən 33 milyard rubl (500 milyon dollara yaxın) xərcləmişik.
"Report" BBC-yə istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbçilərlə görüşdə bildirib.
Onun sözlərinə görə, bu maliyyə vəsaiti əsasən Müdafiə Nazirliyinin 2015-ci il üçün nəzərdə tutulan büdcəsindən xərclənib.
Məlumata əsasən, yaxın 2-3 gün ərzində Rusiyanın əsas hərbi qüvvələri Suriya ərazisindən çıxarılacaq.