Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil"

Putin: "Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil" Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil.
Region
17 İyun , 2022 20:34
Putin: Rusiya Ukraynanın Aİ-yə daxil olmasına qarşı deyil
Vladimir Putin

Avropa İttifaqı hərbi təşkilat deyil, ona görə də Rusiya Ukraynanın ona qoşulmasının əleyhinə deyil.

"Report" xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburq Beynəlxalq İqtisadiyyat Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, Moskva yalnız Ukraynanın hərbi inkişafına etiraz edib, hər hansı birliklərə iqtisadi inteqrasiya ilə bağlı qərar isə ukraynalıların öz ixtiyarındadır.

"Biz heç vaxt bunun Ukraynanın Aİ-yə daxil olmasının əleyhinə olmamışıq. Ukraynanın hərbi inkişafının əleyhinə olmuşuq, çünki bu, təhlükəsizliyimizi təhdid edir. Amma iqtisadi inteqrasiyaya gəlincə, bu, onların seçimidir”, - Putin deyib.

Rusiya lideri qeyd edib ki, Ukraynanın Aİ-yə qəbulunun məqsədəuyğunluğunu təşkilat müstəqil şəkildə müəyyən edəcək.

Son xəbərlər

Orphus sistemi