Putin Rusiya – Ukrayna danışıqlarının mayın 15-də Türkiyədə başlanmasını təklif edib
Region
- 11 may, 2025
- 03:09
Rusiya Prezidenti Vladimir Putin Moskva və Kiyev arasında danışıqların yubanmadan mayın 15-də İstanbulda başlanmasını təklif edib.
“Report” xəbər verir ki, Rusiya lideri mövqeyini Kremldə keçirilmiş mətbuat konfransında ifadə edib.
“Təklif edirik ki, danışıqlar ləngimədən, gələn cümə axşamı, mayın 15-də İstanbulda başlansın. Əvvəllər keçirildiyi və dayandırıldığı yerdə. Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb”, – ölkə başçısı qeyd edib.
O həmçinin sabah türkiyəli həmkarı ilə danışıqlar aparacağını açıqlayıb.
“Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm”, – Putin söyləyib.
Son xəbərlər
15:12
Bir sıra ölkələrin Baş Qərargah rəisləri Ukrayna üçün təhlükəsizlik zəmanətlərini müzakirə edib
Digər ölkələr15:11
"Nikkei": Yaponiya Cənubi Qafqazdan keçən nəqliyyat marşrutlarında maraqlıdır
Xarici siyasət15:06
ABŞ-Azərbaycan strateji dialoqunun institusionallaşması fonunda 907-ci düzəlişin gündəmdən çıxarılması mümkündür - RƏY
Xarici siyasət14:59
Texnoloji yarışda Azərbaycan modeli - TƏHLİL
İKT14:56
"Liverpul" 17 yaşlı futbolçu transfer edib
Futbol14:54
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin rəhbərliyinə ödənişlər kəskin azalıb
Maliyyə14:50
ABŞ-dən olan basketbolçu: "Azərbaycanda özümü sübut etmək istəyirəm"
Komanda14:48
Foto
ASCO-nun "Murovdağ" gəmisi əsaslı təmir olunub
İnfrastruktur14:47