Putin: "Rusiya təbii qaz ixracını davam etdirəcək"

Putin: "Rusiya təbii qaz ixracını davam etdirəcək" "Rusiya dünya bazarına təbii qaz, o cümlədən LNG ixracına davam edəcək, bununla bağlı infrastrukturu təkmiləşdirəcək, qaz sənayesinə sərmayəni artıracaq".
Region
22 Fevral , 2022 14:13
Putin: Rusiya təbii qaz ixracını davam etdirəcək

"Rusiya dünya bazarına təbii qaz, o cümlədən LNG ixracına davam edəcək, bununla bağlı infrastrukturu təkmiləşdirəcək, qaz sənayesinə sərmayəni artıracaq".

“Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Qaz İxracatçısı Ölkələri Forumunun (GECF) növbəti zirvə görüşünün iştirakçılarına müraciətində bildirib.

Müasir dövrdə təbii qazın ekoloji təmiz yanacaqlardan biri kimi daha mühüm əhəmiyyət kəsb etdiyini deyən Rusiya Prezidenti enerji mənbələrinin modernləşdirilməsi üçün düşünülmüş yanaşma və milli şəraiti nəzərə almağın vacibliyini vurğulayıb.

“Başlıca vəzifə ucuz, dayanıqlı, müasir enerji mənbələrinə hamının çıxışını təmin etməkdir. Fikrimcə, dünya birliyi enerji keçidinin ayrı-ayrı qrupların siyasi və iqtisadi mənafeyini təmin etmək üçün vasitəyə çevrilməməsində, xüsusilə sanksiya və digər məhdudiyyətlərlə müşaiyət olunmamasında maraqlıdır”, - V.Putin söyləyib.

Son xəbərlər

Orphus sistemi