Putin: "Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub"

Putin: "Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub" "Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub".
Region
16 Mart , 2022 18:31
Putin: Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub

"Qərbin sanksiyaları bütün dünya iqtisadiyyatına ciddi zərbə vurub".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Onlar (Qərb ölkələri) Rusiyaya qarşı iqtisadi, maliyyə, ticarət və digər sanksiyaları silah kimi seçiblər ki, bu da indi avropalıların və amerikalıların özlərinə zərbə vurur, yeri gəlmişkən, benzinin, enerjinin, qidanın bahalaşması qeydə alınıb”, - Putin bildirib.

“Xarici aktivlərin, Rusiya şirkətlərinin və fiziki şəxslərin hesablarına qoyulan həbs milli biznes üçün dərsdir ki, öz ölkəsinə investisiya qoymaqdan etibarlı heç nə yoxdur”, - Rusiya lideri qeyd edib.

Putin əmin edib ki, Rusiyanın qarşısını almaq siyasəti Qərbin uzunmüddətli strategiyasıdır.

Son xəbərlər

Orphus sistemi