Putin İstanbuldakı terror aktı ilə bağlı Ərdoğana başsağlığı verib

Putin İstanbuldakı terror aktı ilə bağlı Ərdoğana başsağlığı verib Rusiya terrorçuluqla mübarizədə Türkiyənin etibarlı tərəfdaşı olaraq qalacaq
Region
1 Yanvar , 2017 14:57
Putin İstanbuldakı terror aktı ilə bağlı Ərdoğana başsağlığı verib

Bakı. 1 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin İstanbulda törədilən terror aktı ilə əlaqədar olaraq türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

"Report" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

"Yeni il bayramının qızğın vaxtında dinc insanların qətlə yetirilməsindən daha həyasız cinayət təsəvvür etmək çətindir. Ancaq terrorçulara insan əxlaq anlayışları tamamilə yaddır. Bizim ümumi borcumuz terror təcavüzünə qətiyyətli cavab verməkdir", - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, Rusiya bu bəla ilə mübarizədə Türkiyənin ən etibarlı tərəfdaşı olub və olacaq.

Rusiya prezidenti, həmçinin ölənlərin ailə üzvlərinə və yaxınlarına başsağlığı verib, yaralananlara tezliklə sağalmağı arzu edib.

Son xəbərlər

Orphus sistemi