Professor: "Gürcü Arzusu" seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq

Professor: "Gürcü Arzusu" seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq "Gürcü Arzusu" seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq.
Region
24 Oktyabr , 2024 13:24
Professor: Gürcü Arzusu seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq
David Kartvelişvili

"Gürcü Arzusu" seçki vədlərini yerinə yetirməklə ölkədəki qütbləşməni aradan qaldıracaq.

Bu fikirləri “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın “Xalqın Gücü” partiyasının üzvü, politoloq David Kartvelişvili bildirib.

Professorun fikrincə, Gürcüstanda qütbləşməyə səbəb olan bir sıra ciddi amillər mövcuddur və bunlardan biri də xarici qüvvələrin ölkənin daxili işlərinə müdaxiləsidir.

Politoloqun sözlərinə görə, bəzi xarici qüvvələr Qərbin dəstəyi ilə qeyri-hökumət təşkilatları və müxalifəti maliyyələşdirərək ölkədə xaos yaratmağa çalışırlar: “Əgər bu cür cəhdlər olmasaydı, bəlkə də Gürcüstanda belə qütbləşmə yaşanmazdı. Lakin düşünürəm ki, bu, ciddi bir təsirə malik olmayacaq. “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyası seçkiöncəsi verdiyi vədləri yerinə yetirməklə qütbləşməni aradan qaldırmağı bacaracaq”.

Kartvelişvili qeyd edib ki, bəzi hesabatlarda Gürcüstanda cəmiyyətin və medianın qütbləşməsinə toxunulur, lakin bu problem yalnız Gürcüstana aid deyil: “Bu cür hallara Amerika Birləşmiş Ştatlarında və Avropada da yerli və mərkəzi seçkilərdə rast gəlinir.”

O, həmçinin vurğulayıb ki, bu il keçiriləcək parlament seçkiləri müstəqil Gürcüstan tarixində mühüm yer tutacaq: “Seçki kampaniyası rəqabət mühitində davam edir”

Kartvelişvili əlavə edib ki, seçkilərlə əlaqədar olaraq 6 ay əvvəl Gürcüstana Avtoritar Arbitraj Komissiyasının (LTODR) üzvləri dəvət olunub. Bu komissiya Gürcüstandakı seçki mühitini qiymətləndirmək üçün müşahidələr aparıb. Bundan əlavə, Amerikadan gələn bir audit şirkəti də yenilənmiş elektron seçki sistemini yoxlayıb və texnoloji cəhətdən mükəmməl olduğunu təsdiqləyib. Hər iki qrupun hesabatları müxalifətin iradlarını əsassız çıxarıb.

Politoloq bildirib ki, LTODR-un ilkin qiymətləndirmələrində də Gürcüstanda seçki mühitinin sakit və rəqabətə açıq olduğu qeyd olunub.

Son xəbərlər

Orphus sistemi