Prezident: "Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq"

Prezident: "Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq" “İki gündən sonra KTMT kontingenti Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”
Region
11 Yanvar , 2022 09:52
Prezident: Sülhməramlılar iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq
Kasım-Jomart Tokayev

“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingenti iki gündən sonra Qazaxıstandan çıxmağa başlayacaq. Ölkədə vəziyyət sabitdir. KTMT-nin əsas missiyası başa çatıb”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

“Qazaxıstana hücum planı mürəkkəb olub. Bu məsələnin üstündə peşəkarlar işləyirdi. Hücumçular Qazaxıstanda hakimiyyəti ələ keçirmək istəyiblər. Dövlət çevrilişi isə baş tutmayıb. Qazaxıstan milli təhlükəsizlik sxemi yenidən formalaşdırılmalıdır. Ölkədə Milli Qvardiyanın yeni bölmələri və xüsusi təyinatlılar yaradılmalı, sərhəd xidmətinin fəaliyyətinə yenidən baxılmalıdır. Ölkədə dini ekstremizm və cinayətkarlığın qarşısı alınmalıdır. Təəssüf ki, sosial bərabərsizlik problemi pisləşməkdədir”, - dövlət başçısı bildirib.

Son xəbərlər

Orphus sistemi