Prezident Ofisi: "Ukrayna Xersonda əks-hücuma başlayıb"

Region
  • 28 may, 2022
  • 07:09
Prezident Ofisi: Ukrayna Xersonda əks-hücuma başlayıb

"Ukrayna qoşunları Xersonda əks-hücum əməliyyatlarına başlayıb".

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.

“Qoşunlarımız Rusiya ordusunun arxa hissəsində uğurlu əks-hücum əməliyyatlarına keçib. Rusiyanın "Su-35" təyyarəsi vurulub. Maraqlı vəziyyətdir. Bu əks-hücum əməliyyatı aviasiya ilə yaxşı təmin olunub. Novaya Kaxovkaya çatmaq üçün yaxşı şanslar var”, - o söyləyib.

Arestoviç hazırkı prosesləri perspektivli hesab etdiyini bildirib.