Prezident Ofisi Ukrayna və Rusiya prezidentlərinin görüşü üçün şərtləri açıqlayıb

Prezident Ofisi Ukrayna və Rusiya prezidentlərinin görüşü üçün şərtləri açıqlayıb Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak dövlət başçısı Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin mümkün görüşünün perspektivlərini şərh edib.
Region
11 Aprel , 2022 14:19
Prezident Ofisi Ukrayna və Rusiya prezidentlərinin görüşü üçün şərtləri açıqlayıb

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak dövlət başçısı Volodimir Zelenski ilə rusiyalı həmkarı Vladimir Putinin mümkün görüşünün perspektivlərini şərh edib.

“Report”un UNIAN-a istinadən məlumatına görə, o, jurnalistlərə açıqlamasında bildirib ki, liderlərin görüşünün olması çox yaxşıdır.

"Amma arzuolunandır ki, bu, Rusiya ordusunun çarəsizliyi tam nümayiş etdirildikdən sonra baş tutsun. Həmçinin bütün sənədlər hazırlanmalıdır. Bu iki komponent yerinə yetirilsə, biz Ukrayna üçün uğurlu dialoq əldə edəcəyik. Bu mənim şəxsi fikrimdir”, - M.Podolyak deyib.

Müşavir həmçinin Ukraynanın açıq, şəffaf ölkə olduğunu diqqətə çatdırıb: “Lakin biz hələ də Avropa İttifaqında deyilik. Rusiyadan, fərqli olaraq, biz liberal dünyaya inteqrasiya olunmuşuq. Rusiya isə həmişə öz sevimli Bizans konsepsiyasına inteqrasiya olunub. Təbii ki, avropalı prezidentlə Bizans prezidentinin danışığı çətin olacaq”.

Son xəbərlər

Orphus sistemi